Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngdən qoruyur, immuniteti gücləndirir - Sarımsağın faydaları

  • 2025.05.29 08:00
  • 388 Baxış
Xərçəngdən qoruyur, immuniteti gücləndirir -  Sarımsağın faydaları

Antibakterial təsiri ilə xəstəliklərə qarşı qorunma təmin edən sarımsaq həzmdən xolesterinə qədər bir çox problemə də yaxşı gəlir.

Medicina.az sarımsağın sağlamlığa faydalarını təqdim edir:

Təbii antibiotik kimi tanınan sarımsaq əsrlər boyu həm mətbəxlərdə, həm də müalicədə mühüm yer tutur.

Güclü komponentləri ilə immunitet sistemini dəstəkləyən sarımsaq, bir çox sağlamlıq problemlərinə qarşı da qoruyucu təsir göstərir.



1. İmmunitet sistemini gücləndirir

Sarımsaq antibakterial və antiviral xüsusiyyətləri sayəsində orqanizmi infeksiyalara qarşı qoruyur. Xüsusilə qış aylarında müntəzəm olaraq yeyildikdə qrip və soyuqdəymə riskini azaldır.

2. Ürək sağlamlığını dəstəkləyir

Sarımsaq qan təzyiqini aşağı salmağa kömək edir və xolesterin səviyyəsini balanslaşdıraraq ürək-damar xəstəliklərindən qoruyur. Damarların elastikliyini artıraraq qan dövranını yaxşılaşdırır.

3. Antibakterial və antifungal xüsusiyyətlər

Sarımsağın tərkibində olan allisin maddəsi bakteriya və göbələklərə qarşı təbii mübarizə aparır. Bu xüsusiyyət sayəsində müxtəlif infeksiyaların qarşısının alınması və müalicəsində köməkçi rol oynayır.

4. Həzmi dəstəkləyir

Sarımsaq həm də mədə və bağırsaq sağlamlığına töhfə verir. Həzm sisteminin daha nizamlı işləməsini təmin edərək qaz, şişkinlik və qəbizlik kimi problemləri aradan qaldırır.

5. Xərçəngə qarşı qoruyucu təsirlər

Araşdırmalar göstərir ki, sarımsaqda olan kükürd birləşmələri bəzi xərçəng növlərinin əmələ gəlməsinin qarşısını almaqda təsirli ola bilər. Mədə və bağırsaq xərçənginə qarşı qoruyucu təsiri xüsusilə diqqəti çəkir.

6. Qan şəkərini tənzimləyir

Sarımsağın müntəzəm yeyilməsi insulin səviyyəsini tarazlaşdıraraq tip 2 diabet riskini azalda bilər. Bu təsiri ilə diabet xəstələri üçün də faydalı qida mənbəyi ola bilər.

Aygün
Medicina.az