Xərçəngdən şübhələnənlər bu analizi versin – CA onkomarkeri nəyi göstərir?

  • 2020.10.02 15:53
  • 3080 Baxış
Xərçəngdən şübhələnənlər bu analizi versin  – CA onkomarkeri nəyi göstərir?

Onkomarkerlər bir çox şiş xəstəlikləri və metastazlar zamanı qanda yüksələn antigenlərdir. Bir çox hallarda onkoloji xəstəlikdən şübhələndikdə həkimlər bu analizi təyin edir. Amma bu markerlər təkcə xərçəng zamanı yüksəlmir, ona görə dərhal təşvişə düşmək lazım deyil.


Medicina.az qarın boşluğunda bir çox onkoloji xəstəlikləri göstərə biləcək CEA – embrional antigen barədə məlumatı təqdim edir.

Şiş embrional antigen normal yaşlı insanın toxumalarında az miqdarda olur. Lakin şiş proseslərində bu konsentrasiya qanda kəskin artır.

Bu market bağırsaq, ağciyər, mədəaltı vəz, süd vəzi, prostat, yumurtalıq, mədə şişlərində, qaraciyər, sümük və digər qarın boşluğu orqanlarına metastazlar zamanı artır.

Lakin CEA çox siqaret çəkən xroniki ağciyər xəstələrində də yüksələ bilər. Eləcə də bağırsaqda iri poliplər, yumurtalıqlarda xoşxasssəli şişlər zamanı da artır. Ona görə bu analiz yüksək çıxdıqda əslində şişin hansı növ olmasını onkoloq təyin etməlidir.


Amma əgər sizi gecə-gündüz hansısa orqanda şiş olub-olmaması narahat edirsə, bir dəfə bu analizi verə bilərsiz.


Onkomarker analizini Medi Plus klinikasında verə bilərsiniz.
Medicina.az oxucuları üçün 20% endirim

Ünvan: Yasamal rayonu, Mirəli Seyidov 10, “Musabəyov” Parkının, ASAN Xidmətin yaxınlığı
Tel: (012) 434 59 36; (055) 252 45 94