Xərçəngi 3 dəfə artıran çay açıqlandı

  • 2022.10.25 15:02
  • 5776 Baxış
Xərçəngi 3 dəfə artıran çay açıqlandı

Alimlər orqanizmdə xərçəngi aktivləşdirən, amma çoxunun faydalı bildiyi çayı açıqlayıb.

"Medicina" xəbər verir ki, alimlər Paraqvay Mate çayının onkoloji riski artırdığını sübut edib.

Xüsusi kalabas qabında metal borucuq ilə təqdim olunan bu çay 6 növ xərçəng xəstəliyini tətikləyir.

Aparılan elmi tədqiqat sübut edib ki, antioksidant tərkibinə görə faydalı hesab edilən çay müntəzəm içildikdə, hər 5 insandan birində xərçəng yaradıb.

"Əgər uzun müddət və çox miqdarda bu çayı içsəniz, prostat, sidik kisəsi, ağciyər, ağız, qida borusu və bağırsaq xərçəngi yarana bilər- deyə ABŞ-ın onkoloji mərkəzinin alimləri bildirir.

Belə ki, bu çayda ətirləndirici maddələr var ki, onlar qızarmış ət və tütün tüstüsündə olan kanserogen maddə ilə eynidir.

Aygün Musayeva