Xərçəngin 13 ƏLAMƏTİ

  • 2023.04.04 09:34
  • 1138 Baxış
Xərçəngin  13 ƏLAMƏTİ
Xərçəng növlərinə görə fərqli simptomlar yarada bilər. Ancaq bu əlamətlər digər xəstəliklərlə qarışdırıldığı üçün bəzən nəzərə alınmır.

Bakupost.az həmin simptomları təqdim edir.

1. Yorğunluq - Ən çox görülən xərçəng əlamətlərindən biridir. Amma hər yorğunluq xərçəng demək deyil. Bu şiddətli şəkildə müşahidə olunursa, o zaman şübhə yaranır.

2. Arıqlamaq - Fərqli faktorlara görə hər kəsin çəkisində dəyişikliklər ola bilər. Bununla belə, xərçənglə əlaqəli çəki itkisi ümumi bədən çəkisinin 10 faizdən çoxunu təşkil edir. İştahsızlıq ilə müşayiət olunur. Əgər belə bir vəziyyət varsa, bunu xərçənglə əlaqələndirmək və bununla bağlı araşdırmalara başlamaq lazımdır.

3. İştahasızlıq- Xəstələr aclıq hiss etmirlər. Udmada çətinlik, qarın ağrısı, ürəkbulanma və qusma xərçəng şübhəsini artıran digər amillərdir.

4. Şişkinlik - Bədənin hər hansı bir yerində daha əvvəl görmədiyimiz bir şişliyin olması xərçəng əlamətidir. Belə olduqda dərhal həkimə müraciət etmək lazımdır. Xüsusilə, sinədə bu kütlənin olması, dərinin qalınlaşması şübhələri artıracaq amillərdəndir.

5. Ağrı - Bədənin bir hissəsində səbəbsiz yerə meydana gəlir. Dərman və müdaxilələrə baxmayaraq davam etməsi və artması xərçəngi düşündürən əlamətlər arasındadır.

6. Dəridə dəyişikliklər - Dəridə sağalmayan yara və ya dərinin saralması da şübhə yarada biləcək əlamətlərdir. Heç bir səbəb olmadan bədənin hər hansı bir yerində qan və göyərmələr xərçəngdən xəbər verir.
7. Davamlı öskürək və səs batması - Öskürək uzun və davamlı olarsa, həkimə müraciət etmək lazımdır. Xüsusilə, siqaret çəkən şəxslər daha diqqətli olmalıdır.

8. Nəcisdə dəyişiklik - Bu həm qəbizlik, həm də ishal şəklində ola bilər. Nəcisdə qan da nəzərə alınmalıdır. Nəcisin rəng və forma baxımından həmişə göründüyündən fərqli olması da diqqət tələb edən bir əlamət ola bilər.

9. Sidiklə bağlı şikayətlər - Məsələn, sidik edərkən ağrı, qan və ya adi haldan daha tez-tez sidiyə getmə ehtiyacı yaranarsa, bu da xərçəng əlaməti olaraq bilinir.

10. Qızdırma və tərləmə - 38 dərəcəni keçən və heç bir infeksiya ilə əlaqəli olmayan hərarət və gecə çarşafların dəyişdirilməsini tələb edən tərləmə xərçəngdən xəbər verən mühim əlamətlərdəndir.

11. Davamlı baş ağrıları - Xüsusilə, görmə və eşitmə problemləri varsa, xərçəng baxımından nəzərə alınması lazım olan əlamətlərdir.

12. Ağız yaraları - Ağızda qanama, duyğu itkisi də xərçəngdən xəbər verir.

13. Udma pozğunluğu - Bu, yemək borusu və ya mədənin girişindəki qapaq problemi, iflic, Parkinson, Alzheimer kimi nevroloji xəstəliklərdən qaynaqlana bilər, və ya xərçəng əlaməti kimi götürülə bilər.