Xərçəngin böyüməsinin qarşısını alan - 3 ucuz məhsul

  • 2023.06.08 16:51
  • 1262 Baxış
Xərçəngin böyüməsinin qarşısını alan    -  3 ucuz məhsul
Bu 3 ucuz məhsul xərçəng hüceyrələrinin qarşısını almaqda kömək edəcək.


“Medicina” xəbər verir ki, onkoloq cərrah İvan Karasevin sözlərinə görə, bu qidalar immun sistemini gücləndirir, emosional və psixi vəziyyəti sakitləşdirir. Ən əsası orqanizmdə xərçəng hüceyrələrinin böyüməsini dayandırır.

“Yemək zamanı bu nisbətə əməl edin. Zülal 30%-dən, bitki mənşəli qidalar isə 70%-dən çox olmamalıdır.

İnsan orqanizmində istehsal olunmayan, lakin bədxassəli hüceyrələrin əmələ gəlməsinə mane olan omeqa-3 yağ turşularının ən yaxşı mənbələrindən biri də balıqdır. Bahalı qırmızı balıq əvəzinə kambala balığı yemək kifayət edər.


Eləcə də kələm və sarımsağı misal çəkmək olar. Hər növ kələm orqanizmdə patoloji hüceyrələrin yayılmasına qarşı mübarizə aparan bir vasitə kimi özünü təsdiqləyib.

Sarımsaq orqanizmdən ən təhlükəli toksinləri, eləcə də tütün çəkmə nəticəsində əmələ gələn bəziləri də daxil olmaqla yaranan toksinləri çıxarmaq qabiliyyətinə görə unikal məhsuldur”.

Aynurə Məmmədova