Xərçəngin səhərlər pisləşən 2 simptomu

  • 2023.06.07 15:31
  • 1043 Baxış
Xərçəngin səhərlər pisləşən 2 simptomu
Xərçəngdə simptomların qeyri-müəyyənliyi onların vaxtında aşkar etməyi çətinləşdirir. Səhərlər görülən bu 2 əlamət xəbərdaredici ola bilər.


“Medicina” xəbər verir ki, həkim – onkoloq Andrey Vorobyovun sözlərinə görə, beyin şişləri səhərlər daha da pisləşən baş ağrılarına səbəb olur.


“İnsan bütün gecəni yataqda yatanda şiş maneə törətdiyindən beyində onurğa beyni mayesi yığılır və gün ərzində maye azalır.


Beyin xərçəngi olan xəstələrin təxminən 77% -də bu ağrı simptomu var. Belə baş ağrısının əsas əlaməti başın hər iki tərəfində hiss olunmasıdır.


Şişin digər əlamətləri qıcolmalar, özünü pis və xəstə hiss etmək, yuxululuq hissi, yaddaş itkisi, uyuşma və bədənin bir tərəfində zəiflikdir. Səhər saatlarında ağciyər xərçənginin əsas əlamətlərindən biri olan öskürək də güclənə bilər.
Xəstə siqaret çəkirsə, bu simptom daha da güclənir.

Öskürək yoluxucu orqanizmləri ağciyərlərə daxil olmaqdan qoruyan bir refleksdir. Ağciyər xərçəngində şiş tənəffüs yollarını qismən bağlaya və gecə ərzində bəlğəmi saxlaya bilər”.

Aynurə Məmmədova