Xərçəngin sümüklərə metastaz verməsinin 3 ƏLAMƏTİ

  • 2022.09.06 15:14
  • 10235 Baxış
Xərçəngin sümüklərə metastaz verməsinin    3 ƏLAMƏTİ


Bağırsaq xərçəngində sümüklərə yayılma riski daha çoxdur. Bunu təyin etmək üçün bir neçə analiz var.


"Medicina" xəbər verir ki, xərçəngin ən son mərhələsi olan sümük metastazı pasiyentin ömrünü azaldır.


Bağırsaq xərçəngində sümüklərə keçid nadir halda olsa da, mümkündür. Sümükdə hüceyrələr daha sürətlə bölünür.

Onkoloqların məlumatına görə, sümüklərdə şiş hüceyrələrinin yayılması hiperkalsiemiyaya səbəb olur, yəni qanda kalsium həddən artıq çox toplanır.


Hiperkalsemiyanın isə 3 əlaməti var:


- Yorğunluq

- Ürəkbulanma

- İstilik, susuma, dil-ağızın quruması

Eləcə də xəstə sümük ağrıları hiss edir.

Sümüklərdən kalsium yuyulub qana atılır. Bu zaman sınıq riski çoxalır. Xəstə hətta durduğu yerdə sümüyü sına bilər.

Hiperkalsemiya analizi asandır, qanda kalsium analizi verilir.

Amma bilmək lazımdır ki, hiperkalsiemiya təkcə sümük metastazında qalxmır. Başqa səbəblər də var.

Aygün Musayeva