Xərçəngin və ürək xəstəliklərinin dərmanı... - Ananasın bu faydalarını bilirdiniz?

  • 2024.03.07 17:08
  • 835 Baxış
Xərçəngin və ürək xəstəliklərinin dərmanı... -  Ananasın bu faydalarını bilirdiniz?
Ananas şəfalı xüsusiyyətləri ilə diqqət çəkən bir meyvədir.

Medicina.az xəbər verir ki, ananasın tərkibində yüksək miqdarda C vitamini və manqan var və buna görə də sağlamlıq üçün çox faydalıdır. Bəzi xəstəliklərə tutulma riskini azaltdığı üçün ananasdan həftədə ən az iki dəfə istifadə etmək tövsiyə olunur.

Ananasın sağlamlığa faydaları:

- Tənəffüs yollarında yığılan bəlğəmi azaldır.

- Ananasın tərkibində olan “bromelain” həzm sistemini dəstəkləyir.

- Həzm sistemində iltihaba səbəb ola biləcək hüceyrələri bloklayır.

- Lifli və şirəli quruluşu sayəsində qəbizlik və ishalın qarşısını alır.

- Oksidləşdirici stresi və iltihabı azaldaraq bəzi xərçəng növlərinin inkişafına mane olur.

- Saç tökülməsini dayandırır.

- Ananasın şirəsi bağırsaq qurdlarını tökür.

- Döş, dəri, öd yolları, ağız, qırtlaq, mədə və yoğun bağırsaq xərçənglərində hüceyrə artımına maneə törədir.

- Kolon xərçəngindən qoruyur.

- Tərkibindəki lif, kalium və C vitamini sayəsində ürək sağlamlığı üçün faydalıdır.

- Daxili və xarici yaraların daha tez sağalmasına kömək edir.

- Ürək xəstəliyindən ölüm riskini azaldır.

- Zədələnmiş əzələ toxumasının ətrafındakı iltihabı yox edir.

- Bədənin pH dəyərini artırır.

- Tərkibindəki manqan orqanizmin sümük və mineral sıxlığını artırır.

- Soyuqdəyməyə yaxşı təsir edir, astma və bronxit əlamətlərini yüngülləşdirir.

- Travma nəticəsində yaranan iltihabların müalicəsində istifadə oluna bilər.


Aysel