Xərçəngin yeni müalicə üsulu tapıldı

  • 2022.10.26 09:10
  • 1588 Baxış
Xərçəngin yeni müalicə üsulu  tapıldı
Braziliyada dəri xərçənginə qarşı yeni vasitə uğurla sınaqdan keçirilib.


Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliyada dəri xərçəngi müalicəsi üçün narkotik “nivolumab” testinin ikinci mərhələsi başa çatıb.


Dərmanın hərəkət mexanizmi insanın öz immun hüceyrələrinin fəaliyyətini artırmağa əsaslanır. “Nivolumab”, immunitet hüceyrələrinin işini "maneə törədən" PD-1 reseptorunu bloklayan sintetik antikordur. Nəticədə, bədəndə metastazları və əsas şişləri daha effektiv məhv etməyə başlayır.


Testlərdə 24 xəstə iştirak edib. Xəstələrə hər iki həftədən bir 3 mq/kq dozada “nivolumab” verilib. 14 xəstə müalicədən faydalanıb. Altı xəstədə müalicə ilə əlaqəli yan təsirlər müşahidə edilib.