Göygöldə yol-nəqliyyat hadisəsi olub.
Meducina.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Göygöl şəhərinin Azay Kazımov küçəsində qeydə alınıb.
"Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə VAZ-2106 markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Məlumata görə, qəza zamanı təcili tibbi yardım avtomobilində xəstə olub.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılı