Xəstələnəndə işə getməyin, sağalmaq üçün yatmalısız

  • 2021.12.29 16:22
  • 2837 Baxış
Xəstələnəndə işə getməyin, sağalmaq üçün yatmalısız

İnsan xəstələnəndə daha çox yatmaq istəyir.

“The Daily Mail”ə istinadən xəbər verir ki, bu orqanizmin qoruyucu reaksiyası olub daha tez sağalmağa və bərpa olmağa kömək edir.

Elmi araşdırmalar göstərib ki, xəstlik zamanı orqanizmin hüceyrələri stress vəziyyətinə düşür və orqanizm yuxu rejimini işə salır ki, streslə daha effektli şəkildə mübarizə etsin.

Beləliklə, xəstəlik zamanı yuxululuq ona işarə edir ki, orqanizm bütün enerjisini infeksiya ilə mübarizə etməyə yönəldib.

Bu halda yuxululuğu dəf etməyə çalışmayın. Əksinə daha çox yatmağa çalışın ki, tez sağalasınız./baku.ws