Xəstələrin tez sağalması üçün İnteqrativ tibdən istifadə edin - Həkimlərə müraciət

  • 2022.10.27 14:36
  • 1353 Baxış
Xəstələrin tez sağalması üçün İnteqrativ tibdən istifadə edin   - Həkimlərə müraciət
Bioloji Təbabət klinikasının Elmi şöbəsi həkimlərə müraciət ünvanlayıb.

"Medicina" xəbər verir ki, müraciətdə həkimlərə terapiyaların effektivliyini artırmaq üçün alternativ metodlar tövsiyə ediilib.


Hörmətli həkimlər! Standart protokol ilə aparılan terapiyada nəticəni daha tez, sağalmanı daha mükəmməl, remissiyanı daha uzunmüddətli etmək üçün orqanizmin özünütənzimləmə qüvvələrini aktivləşdirən İNTEQRATİV TİBBİN imkanlarından istifadə edin.

Antibiotik təyinatını azaltmaqla
Hormonal müalicəni məhdudlaşdırmaqla
İmmunosupressorların tətbiqini minimallaşdırmaqla pasient məmnunluğu qazanıb seçilən həkimlərdən olun.

İnteqrativ tibbin imkanlarına öyrənmək üçün Bioloji Təbabət Yutub kanalına abunə olub baza biliklərə yiyələnməyə və Bioloji Təbabət klinikasında İnteqrativ Tibbin dünya üzrə ən aparıcı mütəxəssislərinin canlı mühazirələrinə dəvət edirik.