Xəstəlik əlaməti olmayan qadın 5 yaxınını koronavirusa yoluxdurdu– ALİMLƏR FAKT AÇIQLADI

  • 2020.03.19 17:11
  • 75775 Baxış
Xəstəlik əlaməti olmayan qadın 5 yaxınını koronavirusa yoluxdurdu – ALİMLƏR FAKT AÇIQLADI


JAMA adlı elmi tədqiqat dərgisində bu həftə koronavirusa yoluxma faktında simptomsuz daşıyıcının rolu barədə ilk araşdırma materialı dərc olunub.

Medicina.az xəbər verir ki, tədqiqat məktubunda Çinin Anyanq şəhər xəstəxanasına bir ailənin 5 üzvü koronavirus simptomları : qızdırma, titrətmə ilə daxil olmasından bəhs edilir.

Belə ki, 5 nəfərdə ciddi simptomlar olduğu halda, 20 yaşlı qızları tam normal idi. Ondan da test analizi götürürlər. Nəticədə məlum olur ki, heç bir ağırlaşması olmayan bu qız da koronavirusludur.

Buradan da aydın olur ki, heç bir xəstəlik əlaməti olmayan koronavirus daşıyıcıları digər insanları xəstəliyə yoluxdururlar.

Belə ki, Yuhanda yaşayan 20 yaşlı qız Anyanqda yaşayan (645 km uzaqda) ailəsinə baş çəkəndən 4 gün sonra onun görüşdüyü həmin şəxslərdə əlamətlər özünü göstərib.

Qız təcrid olunaraq karantində saxlanılsa da, onun orqanizmində heç bir dəyişikliklər baş verməyib.

Analizlər göstərib ki, qanda iltihab göstəriciləri artmayıb, limfositlər normadadır. Bu o deməkdir ki, qız daşıyıcı olsa da, onun virusa qarşı heç bir immune cavabı da olmayıb.

Alimlər bu faktdan narahatdır.

“Əgər simptomsuz ötürücüdən yoluxma halları bir neçə faktla da təsdiqlənsə, koronavirusdan qorunma və profilaktika tədbirləri çox çətin olacaq”.

Qeyd edək ki, bu ilk fakt deyil. 30 yanvarda Yeni İngiltərə tibbi dərgisində də Şanxaydan olan heç bir xəstəlik əlaməti olan qadının alman kişini koronavirusa yoluxdurmasından bəhs edilmişdi.