8 xəstəliyi olan direktordan — MARAQLI AÇIQLAMA

  • 2019.05.23 12:45
  • 7097 Baxış
8 xəstəliyi olan direktordan  — MARAQLI AÇIQLAMA

Lerik rayonun M.Qafarov adına Siyov kənd tam orta məktəbinin direktoru İlham Əmirov eyni vaxtda səkkiz xəstəlikdən əziyyət çəkirmiş.

 

 

Medicina.az xəbər verir ki, bu barədə həmin məktəbdə işləyən Zeynalov Əliman Əlimusa oğlu "Ölkə.Az"ın redaksiyasına göndərdiyi məktubda bildirir ki, kollektiv bundan aprel ayınnı 22-də xəbər tutub:

 

 

"Biz bir ay öncə bilmişik ki, direktorumuz II qrup əlil kimi pensiya alır. Onun haçansa xəstələnməsi haqqında heç kimin xəbəri yoxdur. Əgər o xəstələnsəydi, xəstəxana büllüten verərdi və həmin  bülleten məktəbin yerli həmkarlar təşkilatının iclaslarında müzakirə olunmalı idi. Bunların heç biri olmayıb. "Pulunu ver, şəklini çəkdir" prinsipi ilə təqaüdə çıxmış direktorumuz Əmirov İlham Əvəz oğlu müəllimlikdən başqa çox şeylər bilirmiş. Direktoru olduğu məktəbdə törətdiyi saxtakarliqlar azmış, saxta yolla pensiya almaqla da dövlətimizin büdcəsini talamaq və çoxlu pul qazanmaq istəyir. Xahiş edirəm bu işlə əlaqadar araşdırma aparasınız və ictimailəşdirəsiniz".

 

 

Əməkdaşımız sözügedən məsələ ilə bağlı İlham Əmirovla əlaqə saxlayıb. Direktor bildirib ki, səsləndirdiyi ittihamlara görə Əliman Zeynalovu məhkəməyə verib:

 

 

 
"O adam mənimlə qərəzlidir. Uzun müddətdir ki, haqqımda böhtan xarakterli məktublar yazır. O ki qaldı xəstəliyə, bəli, mən xəstəyəm. Əgər xəstəlik sənədi səhvdirsə, istənilən vaxt ləğv edilsin, etirazım yoxdur.  Əlimanın yazdıqlarına gəlincə, onu 20 min təzminat tələbi ilə məhkəməyə vermişəm".  
Əməkdaşımızn "səkkiz xəstəliyi olan şəxs direktor ola bilərmi" sualını İ.Əmirov belə cavablandırıb:

 

 

 
"Xəstəliyi mən təyin etməmişəm. Elə başa düşürəm ki, ikinci qrup əlil direktor işləyə bilər. O kağızı da mənə tibbi ekspert komissiyası verib". Qeyd edək ki, şikayətçinin redaksiyamıza göndərdiyi sənəddə direktor İlham Əmirovun bir neçə xəstəlikdən (Böyük Betta-talassemiya, davamlı anemiya ilə müşayiət olunan xroniki anemiya, qaraciyərin böyüməsi, hiposplenizm, əməliyyatdan sonrakı aspleniya. dalağın götürülməsi, xroniki qan damar çatışmazlığı III dərəcə) əziyyət çəkdiyi qeyd edilir.  
 

 

 

 

 

8 xəstəliyi olan direktordan  — MARAQLI AÇIQLAMA
8 xəstəliyi olan direktordan  — MARAQLI AÇIQLAMA