Qan dopinqi ölümə səbəb ola bilər – Alimlərdən AÇIQLAMA

  • 08 Noy 2019 10:40
  • 2676 Baxış
Qan dopinqi ölümə səbəb ola bilər –  Alimlərdən AÇIQLAMA
Son illər bəzi idmaçılar yarışlardan öncə qan dopinqindən istifadə edirlər. Bu prosedurda daha əvvəl idmançının dmarından alınan qan bir müddət saxlanılır, yarış öncəsi idmançıya geri vurulur.  


Medicina.az xəbər verir ki, bu səbəbdən əzələyə gedən oksigen miqdarı artır. Nəticədə idmançılar yarış zamanı daha yüksək performans göstərir. 

Alimlər isə bu prosedurun ölümcül riskləri olduğunu vurğulayıb. Onların sözlərinə görə, damardan qan almaq, onu saxlayıb sonra yenidən geri vurmaq bütün bunlar bir sıra ciddi problemlərə yol aça bilər.


 Ən başlıcası mikrob təhlükəsidir. Bundan əlavə damar yolları ciddi zədələnə bilər. Qırmızı qan artıran hormonun  uzun müddət və bəlli limitlərindən çox istifadəsi damar tıxanıqlığı, infakrtda gətirib çıxarır.