Qurd və yumurtalarına görə analizlər – Hansı daha dəqiqdir?

  • 2019.08.06 14:29
  • 7539 Baxış
Qurd və yumurtalarına görə analizlər –  Hansı daha dəqiqdir?
Helmint, qurd invaziyasına görə müayinə metodikası yalnız analizdir. Orqanizmdə qurd, parazit və onların yumurta və sürvələrinin olmasını dəqiq təyin etmək üçün hansı metodlar təklif olunur, xəstədən hansı müayinə materialı götürülür.


Medicina.az qurd analizlərinin növünü və metodikasını təqdim edir


1.Nəcis analizi


Helmint analizlərinin ən qədimi və dəqiqidir. İnsandan nəcis nümunəsi götürülüb, onu su ilə qarışdırır, süzür və ya laborator şüşəsi üzərində hər qurda uyğun maddə və agentlər əlavə edərək analiz aparırlar.


Bu maddələr nəcisdə olan yağ, zülal və digər qidadan alınan hissəni həll edir, bununla da yumurta və qurdlar çökür. 

Nəcis analizi laboratoriyaya ən geci 1 saat ərzində çatdırılmalıdır. Laboratoriya nə qədər tez müayinəyə başlasa, bir o qədər yaxşıdır.


Analiz üçün material ümumi kütlənin müxtəlif yerlərindən götürülməlidir.

Bir çox insanların istəmədiyi müayinə növü olsa da, ən informativ analiz odur.


2.Qusma kütləsindən analiz


Çoxlu qurd növləri vardır ki, nazik bağırsaq, 12 barmaq bağırsaq, mədəaltı vəzi yollarında olur. Bunlara opistorxislər, klonorxislər, fasçiollar və s aiddir. Onların yumurta və sürvələri öd şirəsi, mədə şirəsi və ya mədəaltı vəzi şirəsindən alınmaqla analiz edilir. Və yaxud qusuntu kütləsindən.


Tibbdə bu orqanlardan analiz üçün şirə zondla götürülür. 

Laboratoriyada mikroskop altında baxılır


3.Sidik analizi


Sidik də helmintə yoluxmanı göstərir. Bu adətən sidik kisəsi və yollarında olan qurdları təyin edir. 

Böyrəklərdə, sidik kisəsində olan parazitlər sidiyə keçir. Amma elə sidik orqanları qurdu var ki, onu sidikdə tapmaq olmur. Trematodun yumurtası nadir halda sidikdə olur. Bu qurda yoluxanların sidiyində qan görünür.  Buna görə bu xəstələrdə sidik kisəsindən biopsiya materialı götürülməlidir. 


4.Bəlğəm və ya selik analizi


Bu da helmint aşkarlanması üçün bioloji materialdır.

Xüsusən öskürərkən çıxan bəlğəmdə şistos, paraqonimus, nematod sürvələri ola bilər.


Bəlğəmi luöa altında xüsusi məhlulla həll edib baxırlar. Bəzi qurdların yumurtaları topa halında bəlğəmdə yığılaraq sarı kütlə ənələ gətirir. 


5.İrinli axıntı analizi


Absess, irinli kütlədə də qurdların fraqmentlərinə rast gəlinir. Askarid, alveokokk, dirofilariy kimi qurdlar absses və irin ocağından alınmış materialda aşkarlana bilər. 


Bir çox irinli şişlərdən toxuma alınaraq, histoloji kəsik atılır və qurd, yumurtaları axtarılır. 


6.Qan analizi


Qanda hər qurdun izləri olmur. Burda daha çox mikrofilyarilər, miqrasiya edən nematodların sürvələri olur. 

Qan barmaqdan və ya qulaqdan götürülür. Amma indi çox laborarotiyalar venoz qan alır.  Amma qan analizinə güvənərək,bir insanda qurd var və ya yoxdur dəqiq demək olmaz


7.Anusdan yaxma


Çox vaxt körpələrdə icra olunan, amma böyüklərin də enterebioz və tenidoz qurdlarına görə keçməli olduğu bu metod bir qədər utancverici olsa da, effektvliyi yaxşıdır.


Qurd və yumurtalarına görə hamı sadə və asan qan analizi tələb etsə də, nəzərə alın ki, boş yerə vaxtınız və pulunuz gedə bilər. Qurdlardan şübhə və şikayət olduqda parazitoloq müəyyən analizləri təyin etməlidir və xəstə bu analizləri öz qaydasında, tələb olunan miqdar və saatda təqdim etməlidir.

 

 


Qurd və yumurtalarına görə analizlər –  Hansı daha dəqiqdir?
Qurd və yumurtalarına görə analizlər –  Hansı daha dəqiqdir?