Xəstəliklərin artmasının səbəbi insanların çox dərman içməsidir - Məşhur yazıçı

  • 2021.11.10 15:44
  • 1732 Baxış
Xəstəliklərin artmasının səbəbi insanların çox dərman içməsidir -  Məşhur yazıçı
Betsteller kitabların müəllifi Corc Vithoulkas müasir tibb üçün yeni paradiqma təqdim edir. Vithulkas iddia edir ki, müasir tibb güclü dərmanların həddindən artıq istifadəsi və çox vaxt lazımsız istifadəsi səbəbindən bir çox xəstəliklərin qarşısını almaq və müalicə etmək vəzifəsində uğursuzluğa düçar olub.

O, QİÇS, xərçəng, astma, epilepsiya, şizofreniya, Alzheimer, revmatoid artrit və digər ağııır xəstəliklərlə bağlı halların sayının artmasına səbəb kimi həddindən artıq dərman istifadəsi nəticəsində immunitet sisteminin zəifləməsini göstərir.

Medicina.az "Sağlamlıq və xəstəlik üçün yeni model" kitabından bəzi fraqmentləri oxucuları ilə paylaşır.

- İndiyə qədər sağlamlığımızın keyfiyyətinin bədənimizdə normal olaraq mövcud olan və beləliklə də həyatımızın əsasını təşkil edən mikroorqanizmlərin keyfiyyətindən asılı olduğu demək olar ki, tamamilə başa düşülməmişdir...

- Bədənimizə zərərli hesab edilən orqanizmləri daxil edərək həyatımızın əsasını təşkil edən mikroorqanizmlərin tarazlığını pozsaq, zamanla bədənimiz də istər-istəməz zərərli orqanizmə çevrilir. /aztibb.az/