Xəstənin kəsilən ayaqları həyat yoldaşına verildi

  • 2020.09.19 12:10
  • 1794 Baxış
Xəstənin kəsilən ayaqları  həyat yoldaşına verildi

Ukraynanın Novobuzka Mərkəz Xəstəxanasında xəstənin əməliyyatla kəsilən ayaqlarının həyat yoldaşına bir torbaya qoyularaq verilməsi ölkədə qəzəbə səbəb oldu.

Medicina.az xəbər verir ki, hadisə Ukraynanın Nikolayev şəhərində baş verib. Belə ki, Novobuzka Mərkəz Xəstəxanasında xəstənin əməliyyatla kəsilən ayaqları bir torba içərisində həyat yoldaşına təslim edildi. Xəstəxanda qadına təslim edilərkən nə etməli olduğu da deyildi. Əvvəlcə hadisəni anlamayan qadın daha sonra özünü itirərək yıxılıb.

Xəstəxananın verdiyi açıqlamaya görə, mərkəzdə yenidən yaratma və məhvetmə mərkəzlərinin olmadığı bildirildi. Orada qadına lazımi təlimatların verildiyi, amma qadının bunu tam olaraq anlamadığını deyildi.


Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalar davam edir.

Aygün Nəbiyeva