Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstəxana direktoru infarktdan vəfat etdi

  • 2023.09.01 09:31
  • 2513 Baxış
Xəstəxana direktoru infarktdan  vəfat etdi
TƏBİB Qusar Rayon Mərkəzi Xəstəxanasının direktorunun ölümü ilə bağlı məlumat yayıb.


TƏBİB-dən Medicina.az -a verilən xəbərə görə, TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev 31.08.2023-cü il tarixində axşam saatlarında kəskin ürək tutmasından vəfat edib.


O, 31.08.2023-cü il tarixində saat 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb.

Qeyd edək ki, Paşayev Kamran Rafiq oğlu 27.05.1970-ci il tarixində Quba şəhərində anadan olub. 1976-cı ildən 1987-ci ilədək Qubada 3 saylı orta məktəbdə təhsil alıb.

1988-1994-cü illərdə Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasında təhsil alıb və oranı fərqlənmə ilə bitirib. 1994-1999-cu illərdə Rusiyada həkim-cərrah kimi fəaliyyət göstərib.

1999-cu ildə Azərbaycana qayıdıb və 2010-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərib. 2010-cu ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsinin Cərrahiyyə şöbəsinin müdiri kimi çalışıb.

2021-ci ildən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasında direktorun səlahiyyətlərini icra edib. 6 iyul 2022-ci il tarixindən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.