Xırdalanda 11-ci sinif şagirdi özünü binadan atdı

  • 2022.12.14 17:48
  • 2353 Baxış
Xırdalanda 11-ci sinif şagirdi özünü binadan atdı

Baskıda intihar hadisəsi qeydə alınıb.

Bakupost.az –ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Abşeron rayonunda baş verib.

Belə ki, Xırdalan şəhər, Abşeron Gənclər şəhərciyində 11-ci sinif şagirdi özünü yaşadığı binanın 11-ci mərtəbəsindən ataraq canına qıyıb.

Məlumata görə, İlqar adlı yeniyetmənin psixoloji problemləri olub. Hər zaman məhlədə tək gəzib, ətrafdakılarla ünsiyyət qurmazmış.

Onun ailədə problemlərinin də olduğu deyilir.