Xırdalandakı bu kafedə müştərilərə saxta araqlar verilirmiş - FOTO

  • 2025.11.24 15:00
  • 68 Baxış
Xırdalandakı bu kafedə müştərilərə saxta araqlar verilirmiş -  FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində fiziki şəxs Əsədov Elnur Fərman oğluna məxsus “Dostluq” kafesində plandankənar yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Medicima.az -a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər müəyyən edilib. Kafedə “Premium Organic”, “Organic Ultra”, “Caspian Beluga” əmtəə nişanlı spirtli içkilərin müvafiq müşayiətedici sənədlərinin, eyni zamanda, etiket məlumatlarında qeyd edilən vergiödəyicisinin eyniləşdirmə nömrəsinin olmadığı aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub. Həmçinin toxunulmazlıq aktı tərtib edilərək içkilərin satışı dayandırılıb, kafenin fəaliyyəti məhdudlaşdırılıb.