Xırdalandakı yanğında xəsarət alan olub? - TƏBİB-dən cavab

  • 2025.12.21 19:46
  • 263 Baxış
Xırdalandakı yanğında xəsarət alan olub? -  TƏBİB-dən cavab

21 dekabr 2025-ci il tarixində saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xırdalan rayonu ərazisində yanğın hadisəsinin baş verməsi ilə əlaqədar çağırış daxil olub.

Bu barədə Medicina.az -a TƏBİB-dən bildirilibş Qeyd edilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.