Xolesterini azaldan faydalı şirniyyat

  • 2023.04.18 16:34
  • 1962 Baxış
Xolesterini azaldan faydalı şirniyyat
Mütəxəssislər, demək olar ki, hər kəsə, hətta xəstələrə də uyğun ən faydalı şirniyyatı açıqlayıblar.

“Medicina” xəbər veri ki, söhbət meyvələrdən və jeleləşdirici komponentdən (pektin, jelatin və ya agar-aqar) hazırlanan marmeladdan gedir.

Beləliklə, pektin maddələr mübadiləsini yaxşılaşdırır və xolesterol səviyyəsini aşağı salır. Aqar-aqar yod mənbəyi kimi xidmət edir.

Qaraciyər və qalxanabənzər vəzinin işini normallaşdırır, jelatin isə oynaqları, əzələləri və sinir sistemini gücləndirir.
Şəkəri az olan, süni rənglər və ləzzətlər olmayan keyfiyyətli marmelad seçmək vacibdir.

Kiçik miqdarda, hətta pəhrizə riayət edənlər tərəfindən istehlak edilə bilər.

Aynurə Məmmədova