Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xolesterinin ən pis formasını 90% azaldan dərman tapıldı

  • 2023.11.15 19:14
  • 1759 Baxış
Xolesterinin ən pis formasını 90% azaldan  dərman tapıldı

Bir doza eksperimental dərman Lepodisiran lipoprotein səviyyəsini 90% azaldır.


“Medicina” xəbər verir ki, Amerika alimləri yeni elmi araşdırmada bunu sübut ediblər.

Lipoprotein qaraciyərdən hasil olur. Funksiyasına görə o pis xolesterinə bənzəyir, onun çoxluğu ateroskleroz, nəticədə infarkt, insulta səbəb olur.

Liporotein arteriyalarda tıxacların yaranmasına səbəb olur.

Ümumi xolesterindən fərqli olaraq, bu protein 80-90% genetik səbəbdən olur, ona görə sağlam həyat tərzi və xolesterin dərmanları ona təsir etmir.

Tədqiqatda orta yaş həddi 47 olan 48 xəstə iştirak edib.

Onlarda Lepodisiranın inyeksiya variantının müxtəlif dozaları sınanıb.

48 həftəlik tətbiqdən sonra plazmada lipoprotenin səviyyəsi 50% azalıb.

608 mq dozada isə bu azalma 90% olub.

Plasebo alan ikinci qrupda isə cəmi 5% azalma olub.


Aygün Musayeva