Orqanizmi məhv edən xroniki xəstəliklər: Əlamətləri hansılardır?

  • 17 Avq 2021 10:48
  • 592 Baxış
Orqanizmi məhv edən xroniki xəstəliklər:  Əlamətləri hansılardır?
Xroniki xəstəliklər orqanizmin hansısa bir hissəsində var olan, uzun müddət davam edən, bəzənsə ömür boyu sağalmayan və müalicə imkanları məhdud olan xəstəliklərdir.

Bəs xroniki xəstəliklər hansılardır?

Medicina.az təqdim edir:

Astma: İlk növbədə bronxların - ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər.

KOAH: Xroniki obstruktiv ağciyər xəstəliyi, adətən KOAH adlanan ümumi ağciyər xəstəliyidir. Emfizema və xroniki bronxit KOAH-ın ən çox yayılmış iki səbəbidir. KOAH olan bir çox insanın hər ikisi də bu xəstəliklərə malikdir. Əsas əlamətləri nəfəs darlığı, öskürək və bəlğəmdir. Xroniki bronxitdən əziyyət çəkənlərin çoxu KOAH xəstəsidir.



Yüksək təzyiq: Yüksək təzyiq bütün dünyada geniş yayılmış təhlükəli bir xəstəlikdir. İnfarkt, iflic və böyrək çatışmazlığı kimi ölümcül hadisələrlə nəticələnə bilər. Qan təzyiqi ilə ürək-damar xəstəlikləri arasında sıx bir əlaqə vardır. Qan təzyiqi nə qədər yüksəkdirsə, infarkt, ürək çatışmazlığı, iflic, göz və böyrək xəstəlikləri riski də o qədər yüksəkdir.

Şəkər xəstəliyi yəni diabet: Diabet xalq arasında şəkər olaraq bilinən xəstəlik qandakı şəkəri tarazlayan insulin hormonunun əskikliyindən və ya yetəri miqdarda ifraz olunmasına baxmayaraq orqanizmdə istifadə edilə bilməməsindən yaranan xroniki xəstəlikdir.



Xroniki böyrək çatışmazlığı: Böyrəklərin bir neçə ay və ya il ərzində getdikcə öz funksiyasının itkisi nəticəsində yaranır. XBÇ beş mərhələlidir. Hər mərhələ - böyrəyin yumaqcığında süzülmənin getdikcə pozulmasını göstərir və qandakı kreatinin səviyyəsi də bunun göstəricisidir.

Xroniki xəstəliklərin əlamətləri:

• Çox zaman orta yaşlarda başlayır və ömür boyu davam edir:
• Zaman-zaman sağalmağa doğru getsə də yenidən təkrarlanır:
• Xəstənin periodik olaraq tıbbi baxımları olmalıdır:
• Ekonomik yükü də artırırlar: