Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xroniki xəstəliklərin müalicəsinə müasir yanaşma - Bakıda Beynəlxalq Elmi-Praktiki Simpozium

  • 2024.03.13 15:48
  • 1000 Baxış
Xroniki xəstəliklərin müalicəsinə müasir yanaşma  - Bakıda Beynəlxalq Elmi-Praktiki Simpozium

20 aprel tarixində "JW Marriott Absheron" otelinin Şərq zalında
"XRONİKİ XƏSTƏLİKLƏRİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA" adlı "I Beynəlxalq Elmi-Praktiki Simpozium" keçiriləcək.

"Medicina" xəbər verir ki, simpoziumda bütün həkimlər iştiraka dəvətlidir.

Tədbirdə xaricdən tanınmış həkimlər, akademiklər spiker kimi iştirak edəcək.

Spikerlərimiz:

◾Prof. Fikriyyə İbrahimli- həkim terapevt, tibb elmləri doktoru, professor;
Beynəlxalq Elmlər Akademiyasının (H&E) akademiki, Azərbaycan Tibb Universitetinin professor, Azərbaycanda təsis edilmiş "Bioloji Təbabət və Antihomotoksik terapiya" cəmiyyətinin sədri, Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor.

◾Dr.med.Thomas Rauf- Bioloji təbabət üzrə ekspert, Sonnenberg Biomed Mərkəzinin təsisçisi və baş həkimi.

◾Dr.Alessandro Perra- “Guna” Pharmaceuticals şirkətinin elmi direktoru.

◾Dr.Murat Baş- onkoloq, Bütüncül tibb məktəbinin yaradıcısı və rəhbəri.

◾Dr.Arzu Musayeva - terapevt
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi

◾Dr.Arzu Quliyeva - terapevt

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi

Tədbirdə xroniki xəstəliklərin müalicə və diaqnostikasında ən son elmi nailiyyətlərin müzakirəsində yaxından iştirak etmək, yeni fikir və yanaşmalarla tanış olmaq, öz baxış və suallarına yerli və əcnəbi ekspertlərdən müvafiq cavablar əldə etmək və sonunda tibbi-elmi ictimaiyyətlə əlaqələrini gücləndirmək və şəbəkələşmək istəyi olan bütün həkimlər və səhiyyə sahəsində çalışan rəhbərlər, menecerlər və mütəxəssislər məmnuniyyətlə iştirak edə bilərlər.

Tədbir zamanı öz ixtisasları üzrə ekspert-mütəxəssis olan bir sıra yerli və əcnəbi məruzəçilər həm seminar, həm də panellər vasitəsilə təcrübə və biliklərini bölüşəcəklər. Bundan əlavə, iştirakçılar arasında interaktiv sessiyalar keçiriləcək və təqdimatların müzakirəsi aparılacaq.

Tədbirin vaxtı:
10:00-17:30
Ünvan: "JW Marriott Absheron" oteli
Qeydiyyat linki:


Qeydiyyatla bağlı suallarınız olarsa (051)2359956 telefon nömrəsilə əlaqə saxlamaq mümkündür.