Xroniki xəstəliklərin yaranmasında həyat tərzi və qidalanmanın əhəmiyyəti

  • 2023.03.16 12:42
  • 2610 Baxış
Xroniki xəstəliklərin yaranmasında  həyat tərzi və qidalanmanın əhəmiyyəti
Dövrümüzdə xroniki xəstəliklərin sayı artıb, fəsadları çoxalıb.

"Medicina" xəbər verir ki, bu sırada ürək-damar xəstəlikləri və onların fəsadı olan insult, infarkt; şəkərli diabet və onun fəsadları olan, ayaq amputasiyasına gətirən diabetik pəncə, korluğa səbəb olan retinopatiya, dializ zərurəti yaradan böyrək çatışmazlığı; revmatoid artrit kimi autoimmun xəstəlik və onun fəsadı olan hərəkət məhdudiyyəti, ürək zədələnməsi; həyat keyfiyyətini xeyli aşağı salan dəri problemləri, o cümlədən üzdə civzələr, psoriaz və s. Belə problem yarananda, əlbəttə, həkimə müraciət qaçılmazdır. Amma həkimə üz tutan hər kəsin gözləntisi budur ki, həkim ona 1 kurs iynə -dərman yazsın və o tam sağalsın. Təəssüf ki, belə olmur. Hətta həkimdən və müalicədən qane olmayıb, illərlə “öz həkimini” axtaranlar olur.

Nədən belə olur, niyə tək bir müalicə ilə istənilən nəticə alınmır?

Suala cavab almaq üçün xəstəliklərin yaranma səbəblərinə nəzər salaq.

Heç bir xroniki xəstəlik bir gün ərzində yaranmır. Onları tətikləyən çoxsaylı səbəblər var. Hələ keçən əsrin əvvəllərində alman alimi Rekkeveq belə nəzəriyyə irəli sürmüşdü ki, xəstəliklərin inkişafı bədənin toksinlərlə yüklənməsi ilə birbaşa əlaqəlidir. Nədən yüklənir orqanizm bu zərərli maddələrlə, niyə əvvəlki illərdə bu qədər aktual deyildi bu proses? Məlumdur ki, hər bir orqanizmdə onu müntəzəm olaraq təmizləyən mükəmməl detoksikasiya sistemi çalışır. Müasir insanın həyat tərzi və qidalanma xüsusiyyətləri bu sistemin fəaliyyətini kobud şəkildə pozur, qaraciyərin yüklənməsinə səbəb olur. Çıxarılmalı olan toksinlər bədəndə toplanıb fermentativ reaksiyaları əngəlləyir, enerji sintezini zəiflədir. Nəticə olaraq hüceyrələrin – toxumaların - orqanların funksiyası pozulur, xəstəliklərin inkişafı üçün münbit şərait yaranır.

İnteqrativ Tibb ilə müalicə zamanı bütün bu məqamlar (yuxu rejimi, su-qida qəbulu, stress və s.) mütləq nəzərə alınır. Bu baxımdan qida korreksiyası və orqanizmin mütəmadi olaraq Biotənzimləyici preparatlar ilə detoksikasiyası bu yükü azaldacaq, xəstəliklərin yaranmasının qarşısını alacaq, proqressivləşmiş xəstəliklərin müalicəsini asanlaşdıracaq.

Aygün M