Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xroniki yorğunluq, yoxsa vitamin çatışmazlığı? - Fərqlər

  • 2025.05.21 09:03
  • 164 Baxış
Xroniki yorğunluq, yoxsa  vitamin çatışmazlığı? - Fərqlər

Əgər özünüzü daim yorğun hiss edirsinizsə, bunun səbəbi xroniki yorğunluq sindromu və ya vitamin çatışmazlığı ola bilər.

Beləliklə, fərqi necə bilmək olar?

Medicina.az xəbər verir ki, istirahətə baxmayaraq keçməyən yorğunluq həm fiziki sağlamlığınıza, həm də həyat keyfiyyətinizə ciddi təsir göstərər.

Ancaq bu vəziyyətin altında yatan səbəb həmişə eyni deyil. Mütəxəssislər xroniki yorğunluq sindromu ilə vitamin çatışmazlığı arasında ciddi fərqlərin olduğunu və düzgün diaqnozun müalicə üçün vacib olduğunu bildirirlər.



Xroniki yorğunluq sindromu (XFS) istirahətlə getməyən uzunmüddətli, səbəbi bilinməyən yorğunluq şikayətləri ilə özünü göstərsə də, B12, D vitamini, dəmir və ya fol turşusu çatışmazlığı da oxşar simptomlara malikdir.

Bununla belə, vitamin çatışmazlığı adətən qan testləri ilə aşkar edilsə və əvəz olunduqda simptomlar tez keçsə də, xroniki yorğunluq sindromunda proses daha uzun və çoxşaxəli yanaşma tələb edə bilər.

XFS-də yorğunluq 6 aydan çox davam edir və əzələ ağrıları, yuxu pozğunluğu və zehni çaşqınlıqla müşayiət olunar. Digər tərəfdən, pəhriz, əlavə dəstək və həyat tərzi dəyişiklikləri ilə qısa müddətdə vitamin çatışmazlığından xilas olmaq mümkündür.



Davamlı olaraq yorğunluq hiss edirsinizsə və səbəbi haqqında əmin deyilsinizsə, bir mütəxəssislə məsləhətləşməniz və qan dəyərlərinizi yoxlamaq tövsiyə olunur.

Aygün
Medicina.az