Yetişməmiş xurma istehlakı bağırsaqlarda lif yığır, bu da tıxanmaya səbəb olur.
Medicina.az xəbər verir ki, xurma, əsl vitamin anbarıdır.
Xüsusilə də zəngin C vitamini, bir çox mineral ehtiva etdiyi və lifli bir meyvə olduğu üçün məşhur bir seçim halına gəlib.
Xüsusilə payız aylarında yığılan xurma, qurudulmuş və ya təzə istehlak edilə bilər.
Mütəxəssislər gündə bir yetişmiş xurmanın meyvənin faydalarından tam faydalanmaq üçün kifayət olduğunu bildirirlər.
Xurma yeyərkən nəzərə alınmalı ən vacib detal yetişmiş olmasıdır.
Yetişməmiş meyvələrin həddindən artıq istehlakının mədə turşusuna təsir göstərdiyi, həzmsizlik və bədəndə yad cisimlər kimi tıxanmalara səbəb olduğu bildirilir.
Məlumatlara görə, çiy meyvədə olan taninlər mədə turşusu ilə birləşdikdə daşa bənzər kütlələr (bezoar) əmələ gətirər.
Bu, xüsusilə mədə və bağırsaq tıxanmalarına səbəb olar.
Aygün
Medicina.az