Yaddaş zəifliyi olanlar – Damarını yoxlatsın

  • 2024.03.14 18:37
  • 686 Baxış
Yaddaş zəifliyi olanlar  – Damarını yoxlatsın

Yaddaşın pisləşməsi damarların pis vəziyyətdə olmasından xəbər verə bilər.


“Medicina” xəbər verir ki, psixoloq,ş professor İrina Roşina damar patologiyası beynin yadda saxlama funksiyasında açar rolu oynadığını bildirib.

“Yaddaş çox senzitiv funksiyadır, beyində, damarlarda baş verən ən cüzi dəyişikliyə belə həssasdır.

Yaddaşın getdikcə zəifləməsi damarların vəziyyətinin sağlam olmaması, damarlarla bağlı pozulma və xəstəliklərin olmasını göstərə bilər.

Adətən, unutqanlıq və nəyisə yada salmaqda çətinlik baş beyində damar keçiriciliyi pozulması ilə əlaqəli olur.

Yüksək təzyiq, keçirilmiş infarkt və insult, tromb, yüksək şəkər zamanı beyin qan dövranı zəiflədiyindən yaddaş pozulması baş verir.

Hətta insan virus infeksiyası, qrip yaddaşa neqativ təsir göstərir.

Qızdırma və qrip zamanı nəyisə oxumaq, yadda saxlamaq çətinləşir.
Alkoqol, narkotik maddələr, bəzi dərmanlar, siqaret də yaddaşın zəifləməsinə səbəb olur”.

Aygün Musayeva