Yaddaşı artıran, təzyiqi aşağı salan giləmeyvə

  • 2023.04.11 13:52
  • 2391 Baxış
Yaddaşı artıran,  təzyiqi aşağı salan giləmeyvə
Həkimlər yaddaşı yaxşılaşdıran və qan təzyiqini aşağı salan giləmeyvəni məsləhət görüblər.

“Medicina” xəbər verir ki, hər gün məhsuldan bir ovuc yemək kifayət edir.

London Kral Kolleci və Ridinq Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hər gün bir ovuc qaragilə yeməklə qan təzyiqini aşağı salmaq olur. Hətta bu giləmeyvə bəzi zehni reaksiyaları sürətləndirir, yaddaş və idrak qabiliyyətini yaxşılaşdırır.

Tədqiqatlar nəticəsində məlum olub ki, içkilərdə giləmeyvə tozunu istehlak edən iştirakçılar daha yaxşı yaddaşa və diqqət tələb edən tapşırıqlarda dəqiqliyə malik olub, həmçinin qan təzyiqi normallaşıb.

Alimlərin fikrincə, bu təsirə görə antosiyaninlər rol oynayır. Nəticədə 12 həftəlik istifadədən sonra könüllülərin sidiyində antosiyanin metabolitlərinin artdığını qeyd ediblər.

Bunlar qaragilənin içərisində olan və ona mavi rəng verən polifenollardır. Onlar çiyələk, moruq, qırmızı üzüm və digər bənövşəyi tərəvəzlərdə də mövcuddur.

Aynurə Məmmədova