Beynin sağlamlığı və güclü yaddaş üçün günə düzgün səhər yeməyi ilə başlamaq vacibdir.
Medicina.az Fransız mətbuatına istinadla xəbər verir ki, nevroloqlar omeqa-3 yağ turşuları, zülal və liflə zəngin qidalar diqqəti artırır, qan şəkərini sabit saxladığını və yaddaşı dəstəklədiyini bildirib.
Mütəxəssislər səhər yeməyinə yumurta, yağlı balıq, tam taxıllı çörək, avokado, yunan yoqurtu, qoz-fındıq, toxumlar və giləmeyvələrin daxil edilməsini tövsiyə edirlər. Çay və qəhvə də antioksidantlarla zəngin olduğu üçün beyin fəaliyyətinə faydalıdır, lakin gündə üç fincandan çox içilməsi məsləhət görülmür.
Həkimlər həmçinin meyvə şirələri əvəzinə təzə və bütöv meyvələrin seçilməsini tövsiyə edirlər. Onların fikrincə, sağlam qidalanma, keyfiyyətli yuxu və fiziki aktivlik birlikdə yaddaşın qorunmasına kömək edir.
Xanım,
Medicina.az