Yaddaşı gücləndirmək üçün lazım olan vitamin

  • 2022.04.11 15:07
  • 4431 Baxış
Yaddaşı gücləndirmək üçün lazım olan vitamin

Yaddaş problemləri yaşayanlar B 12 vitamini ilə zəngin qidalar yeməli və ya bu vitamini qəbul etməlidirlər.

Bakupost.az xəbər verir ki, bunu həkim dietoloq Olqa Pavlova açıqlayıb.

B 12 vitamini beynin koqnitiv funksiyalarını yaxşılaşdırır.
Bu vitamin sinir sisteminin vitaminidir.

Orqanizmə güc, enerji verir. Yuxusuzluq, baş ağrısı, apatiya zamanı effektiv təsir edir.

Orqanizmdə B 12 çatışmazlığı anemiya ilə bağlı olur. İnsan düzgün qidalanmadıqda B12 çatışmır. B 12 daha çox ət məhsullarında, qaraciyərdə olur.

B 12 iynəsi və ya preparatını həkim təyin edir, günün birinci yarısı olunmalıdır.

Profilaktika məqsədilə B qripla zəngin qidalar yeyilməlidir.

Aygün Musayeva
BakuPost