Yalandan təcili yardım çağırmağa görə cərimə artırılsın - TƏKLİF

  • 2024.02.23 13:04
  • 859 Baxış
Yalandan təcili yardım çağırmağa görə cərimə artırılsın -  TƏKLİF
Azərbaycanda təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə qarşı cərimələrin məbləğinin artırılmasını təklif edilib.

Medicina.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.


O bildirib ki, gün ərzində təcili yardıma daxil olan müraciətlərin 30%-i təsdiqini tapmır, yəni yalan çıxır. Onun sözlərinə görə, təcili tibbi yardıma gün ərzində 3000-dən çox müraciət daxil olur:

“Bunun da təxminən 1000-i yalan olur. Nəzərə almaq lazımdır ki, bu gün ölkədə infeksion xəstəliklərin sayında artım müşahidə olunur. Belə şəraitdə yalan çağırışlar lazımi şəxslərə çatmaq üçün vaxt itkisinə səbəb olur. Yalançı çağırışların qarşısının alınmasında aidiyyəti qurumlar çarəsiz qalıb. Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə edilir. Təklif edirəm ki, cərimənin məbləği artırılsın”.