Yalnızlıq sağlamlığa zərərlidir, yoxsa faydalı?

  • 2023.06.08 15:20
  • 977 Baxış
Yalnızlıq sağlamlığa zərərlidir, yoxsa faydalı?
Elmi araşdırmalarla sübut olunmuş faktlara əsasən, yalnızlıq sağlamlığa birbaşa təsir edir. Yalnızlıq hissi getdikcə xroniki təklik xəstəliyinə çevrilməyə başlayıb.



“Medicina” xəbər verir ki, bundan əziyyət çəkən bir çox insanın çoxlu dostları, çoxlu sosial əlaqələri, hətta böyük bir ailəsi var. Söhbət xarici şərtlərin təsir edə bilmədiyi daxili qopma hissi, anlaşılmazlıq və qlobal tərketmə hissindən gedir.

Xroniki təkliyin depressiya və narahatlıq riskini artıraraq psixi sağlamlığa zərər verməklə yanaşı ömrün müddətini azaldır.


1. Tənhalıq insanı siqaret çəkməkdən də tez qocaldır. Əgər bədbəxt və tənhasınızsa, bioloji olaraq siqaret çəkənlərdən daha tez qocalacaqsınız. Bütün mənfi emosiyalar bioloji saatı sürətləndirir. Mütəxəssislər bunun hüceyrələrə və həyati orqanlara zərər verən xroniki stress və iltihabın nəticəsi olduğunu irəli sürürlər.

2. Demensiya riskini 40% artırır. Florida Dövlət Universitetinin (ABŞ) tədqiqatçıları on il ərzində izlənilən 12 mindən çox insan haqqında məlumatları təhlil ediblər. Nəticələrə görə. xroniki tənhalıq demensiya riskinin 40 faiz artması ilə əlaqələndirilir.

3. II tip diabet riskini ikiqat artırır. Qərbi Norveç Tətbiqi Elmlər Universitetinin alimlərinin təhlili tənhalığın diabet riskinin artması ilə birbaşa əlaqəli olduğunu göstərdi.

4. İnfarkt və insult riskini 2 dəfə artırır. Böyük Britaniyanın York Universitetinin alimlərindən ibarət qrupun 23 ölkədə apardıqları araşdırmalara görə, tənhalıq ürək-damar xəstəliyi riskini 29%, insult riskini isə 32% artırır. Digər xəstəliklərdə olduğu kimi, alimlər bu təsiri orqanizmə dağıdıcı təsir göstərən xroniki stresslə əlaqələndirirlər.


Aynurə Məmmədova