Səhv dəmlənmiş çay sağlamlığımız üçün ciddi risklər yarada bilər.
Medicina.az xəbər verir ki, çayın mədəniyyətimizdəki yeri danılmazdır. Gündəlik həyatımızın ayrılmaz hissəsi olan çay, düzgün dəmlənmədikdə sağlamlığımıza ciddi zərər verə bilər. Mütəxəssislər çay dəmləyərkən edilən ümumi səhvlərə diqqət çəkirlər.
Bəs çay dəmləyərkən nələrə diqqət yetirməliyik?
Çayı uzun müddət sobada saxlamaq onun tərkib hissələrinin dəyişməsinə və sağlamlığa zərərli olmasına səbəb olar.
Uzun müddət yüksək temperaturda qalan çay mədə pozğunluğu və hətta xərçəng kimi ciddi sağlamlıq problemlərinə gətirib çıxarar. Buna görə də, çay tam dəmləndikdən sonra onu sobadan çıxarmaq çox vacibdir.
Çay dəmləyərkən nəzərə alınmalı bir neçə əsas məqam var. Birincisi, çayın acı olmasının qarşısını almaq və daha uzun müddət qalması üçün onu sobada saxlamaq olmaz. Uzun müddət yüksək temperaturda qalan çay yalnız dadını pozmaqla yanaşı, sağlamlığa zərərli maddələr verə bilər. Çayı ideal temperaturda və vaxtda dəmləmək həm dadını qoruyur, həm də sağlamlıq risklərini minimuma endirir.
Digər vacib məqam çay dəmləyərkən qaynamayan sudan istifadə etməkdir. Həddindən artıq qaynadılmış su çayın acı dad verməsinə və tərkib hissələrinə zərər verməsinə səbəb ola bilər. Bundan əlavə, çay suyunu qaynadarkən bakteriyalar çoxala bilər. Buna görə də, çay dəmləyərkən suyun qaynama nöqtəsinə çatmamasına diqqət yetirilməlidir.
Aygün
Medicina.az