YAP-ın qurultay nümayəndələrindən koronavirus testi götürülür

  • 2021.03.04 12:24
  • 1483 Baxış
YAP-ın qurultay nümayəndələrindən koronavirus testi götürülür

Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçiriləcək növbədənkənar qurultayının nümayəndələrindən koronavirus testi götürülür.

Medicina.az -ın məlumatına görə, qurultay nümayəndələri bu gün yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tibbi test yoxlanışından keçməyə başlayıblar.

Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci il fevralın 8-də keçirilib.