Yaponiyada COVID-19 “mövsümi qrip” elan edildi

  • 2023.05.10 09:23
  • 1286 Baxış
Yaponiyada COVID-19  “mövsümi qrip” elan edildi
Yaponiya Səhiyyə Nazirliyi COVID-19-u ağır kəskin tənəffüs çatışmazlığı və vərəm xəstəliklərini əhatə edən "Kod 2" kateqoriyasından çıxarıb.


Bakupost.az xəbər verir ki, virus mövsümi qriplərin olduğu “Kod 5” kateqoriyasına daxil edilib.

Bundan sonra epidemiya ilə bağlı analizləri müsbət çıxan və ya onlarla yaxın təmasda olan şəxslər üçün karantin prosedurları tətbiq edilməyəcək.

Hökumətin fövqəladə vəziyyət elan etmək səlahiyyəti və iş saatlarının qısaldılması, tələblərə əməl edilməməsinə görə cəza sanksiyalarının tətbiqi də ləğv edilib.

Əvvəllər müəyyən səhiyyə müəssisələrində müalicə alan COVID-19 xəstələri ölkə daxilindəki xəstəxanalarda xidmət ala biləcək.

Müalicə xərcləri üçün subsidiyalar dayandırılacaq.

Qeyd edək ki, maskadan istifadə ilə bağlı qərar martın 13-də ictimaiyyətin öhdəliyinə buraxılıb.