Yaponiyada müalicəyə tabe olmayan ölümcül patogen aşkar edilib.
Medicina.az xəbər verir ki, Çiba Universitetinin alimləri ilk dəfə olaraq, ağciyərlərin göbələk infeksiyası olan aspergillyozun ağır formasına səbəb olacaq patogen Aspergillus latus aşkar ediblər.
Narahatlıq doğuran məqam onun göbələk əleyhinə dərmanlara qarşı müqavimətli olması və gizli təbiətidir. Belə ki, bu göbələk iki növün hibrididir və uzun müddət aşkar edilmədən qala bilər.
Aspergillus havada və səthlərdə geniş yayılmış göbələk növüdür. Adətən zərərsizdir, lakin immuniteti zəif olan insanlarda təhlükəli infeksiyalara səbəb ola bilər.
A. fumigatus, A. niger və A. nidulans aspergillozun ən məşhur törədiciləridir, amma A. latus xüsusi haldır. Bu, A. spinulosporus və əlaqəli A. quadrilineatus genlərini birləşdirən hibriddir və rutin diaqnostikada aşkarlanmağı çətinləşdirir.
Laboratoriya sınaqlarında A. latusun Yapon ştammları ağır göbələk infeksiyalarının müalicəsi üçün əsas dərmanlar olan kaspofungin və amfoterisin B-yə həssaslığın azaldığını göstərib.
Müəlliflər belə patogenlərin aktivliyini qaçırmamaq üçün molekulyar diaqnostika üsullarından istifadənin artırılmasına çağırırlar.
Aygün Musayeva
Medicina.az