Yaponiyanın son 31 ildə ilk dəfə donuz taunu aşkarlandı

  • 2023.09.01 08:24
  • 2187 Baxış
Yaponiyanın son 31 ildə ilk dəfə  donuz taunu aşkarlandı
Yaponiya hakimiyyəti 1992-ci ildən bəri ilk dəfə olaraq ölkənin cənub-qərbindəki böyük Küsü adasının ərazisində donuz taunu aşkarlayıb.


Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, adada yerləşən Saqa prefekturasında infeksiya ocağı tapılıb. Bununla bağlı yerli təsərrüfatda 10 minə yaxın heyvan kəsiləcək.


Prefektura rəhbərliyi xəstəliyin səbəblərini araşdırmağa başlayıb.