Yaş çimərlik geyimini əyində qurutmaq olmaz - Həkim

  • 2022.07.09 17:01
  • 2290 Baxış
Yaş çimərlik geyimini əyində qurutmaq olmaz   -  Həkim


Dəniz kənarında və hovuzdan sonra yaş çimərlik geyimində uzun müddət gəzmək, oturmaq bir çox xəstəliklərə səbəb ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə həkim ginekoloq Qayana kaloeva bildirib.


O, xüsusilə uşaqları, qızları, qadınları yaş alt geyimində qalmağın zərərləri barədə xəbərdar edib.

"İsti havada yaş çimərlik geyimini bədəndə saxlamaqla qurutmaq bir çox soyuqdəymə, iltihabi və ginekoloji xəstəliklərə yol açır.


Qadınlar sidik kisəsi, yumurtalıq iltihabı, sistit ola bilər. Kiçik çanaq orqanlarında hər hansı problem varsa, onlar kəskinləşə bilər. Qız uşaqlarının əynində ümumiyyətlə yaş paltar qalmamalıdırı.

Çimərlikdə saatlarla yaş geyimdə qalmaq olmaz. Ən yaxşısı bikini seçin, çimdikdən sonra alt hissəni çıxarıb, dəyişin. Əynimdə quruyacaq, istidir heç nə olmaz fikri yanlışdır".


Aygün Musayeva

BakuPost