Yaşı 22-dən az olanlar energetik içki içməməlidir - Səhiyyə nazirliyi

  • 2022.04.16 16:54
  • 1573 Baxış
Yaşı  22-dən az olanlar energetik içki içməməlidir  - Səhiyyə nazirliyi



Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanları enerji içkilərini qəbul etməməyə çağırıb.

Medicina.az xəbər verir ki, nazirliyin məlumatında enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur:

"Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır".

Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır:

"22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".