Yaşı 40-dan çox olanların nəzərinə

  • 2026.07.24 16:42
  • 288 Baxış
Yaşı 40-dan çox olanların  nəzərinə

40 yaşdan sonra yorğunluq, nəfəs darlığı, sidik ifrazı və ya cinsi funksiyada yaranan dəyişikliklər sadəcə yaşlanmanın deyil, ciddi xəstəliklərin də əlaməti ola bilər.

Medicina.az xəbər verir ki, sinə ağrısı, fiziki fəaliyyət zamanı tez yorulma, ürəkdöyünmə, uzun müddət davam edən erektil disfunksiya, güclü xoruldama və gecələr nəfəsin dayanması ürək-damar xəstəlikləri və digər sağlamlıq problemlərinə işarə edə bilər.

Bundan əlavə, sidik ifrazında çətinlik, sidikdə və ya spermada qan, davamlı halsızlıq, yuxu pozğunluğu, əsəbilik və maraq itkisi də həkim müayinəsini tələb edən əlamətlər sırasındadır.

Həkimlər 40 yaşdan sonra mütəmadi profilaktik müayinələrdən keçməyi, qan təzyiqi, şəkər və xolesterin səviyyəsini nəzarətdə saxlamağı tövsiyə edirlər.

Xanım,
Medicina.az