Yaşlı insanın təzyiqi neçə dəfə ölçülməlidir?

  • 2023.02.28 14:29
  • 2590 Baxış
Yaşlı insanın təzyiqi neçə dəfə ölçülməlidir?

Həkim terapevt Tatyana Romanenko yaşlı insanlarda təzyiqin ölçülməsi barədə danışıb. Bu xəstələrin əhval ruhiyyəsinin dəyışməsinə görə gün ərzində 3-4 dəfə ölçmək məsləhətdir.


Həkim onu da qeyd etdi ki, hipertoniya xəstəsi olan yaşlı insanlar gündə 2 dəfə, səhər oyandıqdan və axşam yeməyindən sonra təzyiqi yoxlamalıdır.

“Medicina” xəbər verir ki, əgər yaşlı insan hava dəyişimi, baş ağrısı, ürəkdə narahatlıq hiss edərsə mütləq təzyiq ölçülməlidir. Əgər sağlamlığında sadalanan problemlər yoxdursa, o zaman həftədə 1-2 dəfə ölçülməlidir.

Həkim terapevt onu da vurğuladı ki, qan təzyiqi problemi oilmasa belə sağlamlıqlarında hər hansı bir problem olduqda qan təzyiqi yoxlanılması mütləqdir.

Terapevt bildirib ki, yaşlılarda 130 – a qədər təzyiq normal hesab olunur. Bir qədər yüksək rəqəmlər hipertansiyonun başlanğıcını göstərir, bu mərhələdə həyat tərzi və qidalanmada dəyişilik etməlidir.

Günay