Yaşlı insanlar hansı pendiri çox yeməlidir?

  • 2023.02.23 14:27
  • 1817 Baxış
Yaşlı insanlar hansı pendiri çox yeməlidir?

Diyetoloq Solomatina yaşlı insanların qidalanmasında pendir növlərindən kəsmik və duzlu pendir növlərindən danışıb.

“Medicina” xəbər verir ki, bu qidalarda böyük həcmdə zülal və kalsium var. Bu da yaşlı insanların pəhrizə əməl etməsində, sağlam qidalanmasında böyük rol oynayır.

“Bu pendirlərin tərkibində yağlılıq və xolesterol azdır. Qeyd edilən ağartı məhsullarının tərkibində yağlılıq 15 -20 % təşkil edərkən,normal pendir və kəsmiklərdə yağlılıq 45 -50 % təşkil edir.

Yaşlı, xəstə insanlarda orqanizmə qəbul edilən yağların miqdarına nəzarət etmək vacibdir.

Qanda yağ komponentlərinin səviyyəsi yüksəldikcə, xolestrolun yığılması və aterosklerozun yüksəlməsinə gətirib çıxardır”.

Diyetoloqun sözlərinə görə belə ağartı məhsullarında duz azdır. Əgər çox olarsa arterial təzyiqin artmasına, metobalizmin pisləşməsinə gətirib çıxardacaq.

Günay