Yaşlı insanların ürəyinə zərbə vuran vərdişlər

  • 2023.04.13 18:49
  • 1398 Baxış
Yaşlı insanların ürəyinə zərbə vuran vərdişlər
Mütəxəsssislər bildirir ki, bəzi yaşlı insanların zərərli vərdişləri onların ürəyinin düşmənidir.

“Medicina” xəbər verir ki, həkim kardioloq Faina Lobcinadzeinin sözlərinə görə, yaşlı insanlar çox vaxt oturaq həyat tərzi keçirtməklə, müəyyən zərərli qidalarla sağlamlıqlarına zərər vururlar.

Mütəxəssislərin fikrincə, daha çox hərəkətlilik və sağlam qidalanmaq yaşlı insanlarda əhval – ruhiyyənin yaxşı olmasına, stress və digər xəstəliklərin öhdəsindən gəlməyinə kömək edəcək.

Lift əvəzinə pilləkənlərlə qalxmaq, evdən daha uzaqda olan ərzaq mağazasını seçmək və piyada alış-verişə etmək ürək qan –damar sistemlərinin yaxşılaşmasına, fəaliyyətin bərpasına gətirib çıxardacaq.

Həkim həmçinin yaşlı insanlara mümkün qədər çox tərəvəz yeməyi, eləcə də stresə davamlılıq inkişaf etdirməyi tövsiyə edib. Hər hansı bir səbəbdən əsəbi olmaq ürək üçün çox pisdir.

Qida rasionunda duzun qəbulunu azaltmaq vacibdir. Onun həddindən artıq miqdarı təzyiqin artmasına və hipertansiyonun inkişafına kömək edir.

Aygün Musayeva