Yaşlıların yerişində 2 dəyişiklik demensiyadan xəbər verir

  • 2022.10.07 14:13
  • 1851 Baxış
Yaşlıların yerişində 2 dəyişiklik demensiyadan    xəbər verir

Yerişdə 2 dəyişiklik demensiyanı 6 il əvvəldən xəbər verə bilir.


"Medicina" xəbər verir ki, alimlər 50-60 yaşda insanların yerişinə diqqət yetirməyə çağırıb.

Ətalətin, müvazinətin saxlanması və yeriş Alsgeymer, demensiya kimi beyin xəstəliklərinin siqnalıdır.
Alimlər fiziki dəyişikliklərlə demensiyanın başlanması arasında əlaqəni araşdırıb.

"Asta gəzən, səntirləyən, müvazinəti pis saxlayan insanlarda demensiya və Alsgeymer diaqnozu riski daha çoxdur. Bu hətta 5-6 il əvvəldən özünü göstərir.

Eləcə də tez-tez yıxılanlarda da bu xəstəlik ola bilər.


Bu dəyişiklik onu göstərir ki, sinir ötürücülüyü və beyin hüceyrələri arasında əlaqə itir, onlar tükənir.
Fiziki ətraf barədə informasiyanın mənimsənilməsi pozulduqda balans pozulur.

İnsan ayaq üstə və gəzdikdə, xüsusən sürətli gəzdikdə, hündür yerdən düşdükdə müvazinəti saxlamaqda çətinlik çəkirsə, bu Alsgeymer olacağına işarə ola bilər.
Ən yaxşı halda bu demensiya ola bilər.

Damar demensiyası beyində qan dövranı və oksigen yetməzliyindən baş verir. Bu adamlar baş gicəllənmə, yaddaş və düşünməkdə problemlər yaşayır.


Aygün Musayeva