Yataq üzləri neçə dəfə dəyişdirilməlidir? - ARAŞDIRMA

  • 2017.11.18 11:36
  • 14835 Baxış
Yataq üzləri neçə dəfə dəyişdirilməlidir? -  ARAŞDIRMA
Amerika mikrobioloqları araşdırmalar zamanı aşkar ediblər ki, yataq ağlarının gec-gec dəyişilməsi allergiya, astma, dəri iltihabları, dəri və saç xəstəliklərinin riskini artırır.


Medicina.az xəbər verir ki, bunun səbəbi yataq ağlarında yaşayan və isti və nəm şəraitdə sürətlə artan mikroblar, göbələklər və mikroskopik gənələrdir.


Alimlərin fikrinə görə yataq ağlarının dəyişilməsi  qaydası belə olmalıdır:


- yastıq üzləri - həftədə 2 dəfə


- döşəkağı - həftədə 1 dəfə


- yorğan üzləri - 1 həftədən bir.


Müxtəlif səbəblərə görə yataq ağları daha tez-tez dəyişilə bilər. Məsələn, soyuqdəymə və qripp xəstəliyi zamanı yataq ağları hər gün dəyişilməlidir. Lakin mütəxəssislər yataq ağlarını daha gec-gec dəyişməyi tövsiyə etmirlər.