Yataq üzlərini gec-gec yumaq ölümcül xəstəliklər yaradır

  • 2022.11.25 15:23
  • 2913 Baxış
Yataq üzlərini gec-gec yumaq ölümcül  xəstəliklər yaradır

Çirkli yataq dəsti təhlükəli, ölümcül mikroorqanizmlərin rezervuarına çevrilir.


“Medicina” xəbər verir ki, müxtəlif elmi tədqiqatlar yataq ağlarının çox qısa müddətdə təhlükə mənbəyinə çevrildiyini bildirir.

Bu patogenlər isə bir neçə ağır xəstəliyin kökü ola bilər.

Belə ki, çirkli, gec dəyişilən yaraq ağları pmevnoniya, astma, appendisit, qonoreya kimi xəstəliklərin inkişafı ilə əlaqəli ola bilər.

“Hər gecə yuxuda insan bədəni, orqanizmi tər maye, yağ və ölmüş dəri hüceyrələrini xaric edir.
Bunlar isə toz gənələri və bakteriyalar üçün yemdir.

Gənələr yataqda çoxalaraq toksin və nəcis xaric edir, bunlar mikroskopla görülür. Bu maddələr rinit, ekzema, astma, allergiyaya səbəb olur.

Ona görə yataq üzləri, ağları, dəsti həftədə 2 dəfə dəyişdirilməli və onlar digər geyimlərdən ayrı yuyulmalıdır.
Xəstə və yaşlı adamların yataq ağları hər gün dəyişdirilməlidir.

Ölü hüceyrələr və qalıqlar öskürək, burun axma, səpki, gözlərdə qaşınma və s. yarada bilir.

Astma bronxit və allergik xəstələr üçün toz gənəsi birinci yerdə duran qıcıqlandırıcı amildir.

Eləcə də çirkli yataq ilə stafilakokk və qonoreya, pnevmokokk kimi infeksiyalar keçir.

Aygün Musayeva