Yataqxanada zəhərlənən qızlar evə buraxıldı - Analizlərin cavabı hələ məlum deyil

  • 27 Noy 2019 17:24
  • 2445 Baxış
Yataqxanada zəhərlənən qızlar evə buraxıldı -  Analizlərin cavabı hələ məlum deyil
Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələr evə buraxılıb.


Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.


Qeyd olunub ki, zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı bu gün saat 14:50-də evə yazılıblar.


Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. 

 

Qida Təhlükəsizlik Agentliyindən BBC News Azərbaycancaya bildiriblər ki, laborator müayinəyə göndərilən qida nümunələrinin cavabları hələ məlum deyil.